Yuxarı

Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

Qəbulda Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 697 nəfər gənc də iştirak edib

Bakı. 27 fevral. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, polis şöbəsində baş tutan tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eləcə də bölgədə məskunlaşan qaçqın və məcburi köçkünlərin qəbula gələn nümayəndələri ilə görüşən nazir onları narahat edən problemləri şəxsən dinləyib, müraciətlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilən elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin orta, sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 697 nəfər gənc də qəbulda iştirak edib. Onların arasından 155 namizəd polis orqanlarında, o cümlədən dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış 11 nəfər orta rəis heyəti vəzifələrinə, 115-i isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi