​Daxili İşlər Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

​Daxili İşlər Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib Azərbaycan Prezidenti bununla bağlı fərman imzalayıb
Daxili siyasət
11 Fevral , 2015 19:44
​Daxili İşlər Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 419 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndində “xüsusi rütbələr” sözlərindən sonra “Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi” sözləri əlavə edilsin.

Bundan əlavə, Prezident İlham Əliyev “Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Dövlət başçısı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar qərara alıb ki, “Azərbaycan Polis Akademiyasının əyani şöbəsinə kursantların qəbulu məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli 541 nömrəli fərmanı ləğv edilsin.

Son xəbərlər

Orphus sistemi