Yuxarı

YAP İcra Katibliyinin şöbə müdiri: “Dahi dövlət xadiminin qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi”

“15 iyun 1993-cü ildən başlanan yol bizləri bundan sonra da daim uğurlara aparacaq”

Bakı. 15 iyun. REPORT.AZ/ “1993-cü il iyunun 15-də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Dahi dövlət xadiminin qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda stabillik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı”.

“Report”un xəbərinə görə, bunu YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mİrzəzadə bildirib.

O qeyd edib ki, Heydər Əliyev yolu Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb olub: “Bu gün Azərbaycan qüdrətlənir, iqtisadi cəhətcə güclənir, Azərbaycan Birinci Avropa Oyunları kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın uğurları Heydər Əliyev siyasəti, cənab Prezident İlham Əliyevin səyləri ilə bağlıdır. 15 iyun 1993-cü ildən başlanan yol bizləri bundan sonra da daim uğurlara aparacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi