Daha üç rayonda Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb - VİDEO

Daha üç rayonda Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb - VİDEO Ulu öndər Heydər Əliyevin xatirəsi Kürdəmir rayonunda yad edilib.
Daxili siyasət
13 Dekabr , 2019 02:22
Daha üç rayonda Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb - VİDEO

Ulu öndər Heydər Əliyevin xatirəsi Kürdəmir rayonunda yad edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, dekabrın 12-də rayonun Heydər Əliyev parkında müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə ümumrayon anım mərasimi keçirilib.

Mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, veteranlar, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbirdə iştirak edən rayon rəsmiləri və minlərlə kürdəmirli ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzməklə dahi şəxsiyyətə olan ehtiramlarını nümayiş etdiriblər.

Anım mərasimi axşam saatlarına qədər davam edib.


***

Şamaxı rayonunda ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.

Belə ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ümummilli liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotolara, kitablara və “Heydər Əliyev və Müasir Azərbaycan” adlı rəsm sərgisinə baxılıb.

Tədbirdə dahi azərbaycanlı, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışılıb, ulu öndərin həm Sovet, həm də müstəqillik dövründə Azərbaycanın hərtərəfli inkişaf etdiyi bildirilib.


***

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ucar rayonunda da böyük izdihamla qeyd olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu münasibətlə minlərlə ucarlı Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə toplaşaraq ulu öndərin xatirəsini yad ediblər.

Mərasimdə Ucar Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, rayonun bütün ümumtəhsil məktəblərinin kollektivləri və şagirdləri, idarə, müəssisə və təşkilatları, rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra Heydər Əliyev Mərkəzində şəhər 1 nömrəli rayon məktəblilərinin hazırladığı “Əbədiyyət dastanı” adlı tematik tədbir təqdim olundu.

Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblilər müstəqil Azərbaycanın memarı və qurucusu, Heydər Əliyev haqqında şeirlər söyləyib bə ədəbi bədii kompazisiya nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi