Yuxarı

​Daha üç nəfər AXCP sıralarından xaric edilib

Onlar partiya əleyhinə fəaliyyətdə ittiham olunublar

Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatı Məclisinin növbədənkənar toplantısı keçirilib.

"Report"un məlumatına görə, iclasda Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayev və Gənclər Komitəsinin üzvləri Cavid Musazadə və Ehtiram Mehtiyevin fəaliyyəti müzakirə olunub.

Yekunda onların partiya sıralarından xaric edilməsi barədə qərar qəbul olunub. Məlumatda sözügedən şəxslərin AXCP rəhbəri əleyhinə fəaliyyət göstərdikləri və pozuculuq işləri ilə məşğul olduqları bildirilib.

Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayev "Report"a açıqlamasında bildirib ki, barəsində deyilənlər əsassızdır və onun AXCP-dən çıxarılması partiya rəhbərliyinin sifarişi əsasında olub.

O bildirib ki, partiya qeydiyyatının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi və məhkəməyə müraciət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi