Yuxarı
    Bağlamaq

    Daha bir icra başçısı vəzifəsindən azad edilib

    Onun yerinə Sevindik Hətəmov təyin olunub

    Bakı. 4 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Tahir Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Tahir Abuzər oğlu Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Prezidentin digər sərəncamı ilə onun yerinə Sevindik Hətəmov təyin edilib.

    S.Hətəmov bu günədək Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi