Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə 4,3 milyon manat ayırılıb

Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə 4,3 milyon manat ayırılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
10 Fevral , 2017 18:34
Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə 4,3 milyon manat ayırılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi