Cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması müzakirə edilib

Cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması müzakirə edilib "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması" mövzusunda konfrans keçirilib
Daxili siyasət
28 May , 2015 06:29
Cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması müzakirə edilib

Bakı. 27 may. REPORT.AZ/ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması müzakirə edilib.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması" mövzusunda konfrans keçirilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya və cinayət yolu ilə əldə edilən pul vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə istiqamətində həyata keçirilən işlərə dair ətraflı məlumat verib, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq və metodologiya şöbəsinin rəisi Nurlan Babayev "Pulların leqallaşdırılması cinayətinin cinayət-hüquqi xarakteristikası", həmin şöbənin əməkdaşı Azər Abbasov "Pulların leqallaşdırılması və korrupsiya cinayətlərinin oxşar və fərqli cəhətləri", "Pulların leqallaşdırılması cinayəti üçün əsaslar və tipologiyalar" adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, konfrans Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Baş Prokurorluğun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Bakı Şəhər Prokurorluğunun və Baş İdarənin əməkdaşlarının iştirakı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi