Cərimələrin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

Cərimələrin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir
Daxili siyasət
24 May , 2017 15:39
Cərimələrin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

"Report"un xəbərinə görə, Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir. Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasının gündəliyindən çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi