Çin Kommunist Partiyası YAP-a 10 min doza vaksin göndərir

Çin Kommunist Partiyası YAP-a 10 min doza vaksin göndərir Bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib
Daxili siyasət
145
15 Fevral , 2021 11:38
Çin Kommunist Partiyası YAP-a 10 min doza vaksin göndərir

Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.

YAP-dan "Report"a bildirilib ki, bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib.

ÇKP MK-nın nümayəndəsi qeyd edib ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

Qeyd edək ki, YAP ilə Çin Kommunist Partiyası arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə Çin arasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətləri ötən illər ərzində böyük inkişaf yolu keçib.

Azərbaycanın strateji tərəfdaşı kimi qəbul edilən Çin Xalq Respublikası ölkəmizin ərazi bütövlüyü prinsipini hər zaman bütün səviyyələrdə müdafiə edib. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında da əlaqələrin yaranmasına və dinamik inkişafına münbit şərait yaradıb.

Son xəbərlər

Orphus sistemi