Ceyhun Bayramovla Volkan Bozkırın görüşü olub - YENİLƏNİB

Ceyhun Bayramovla Volkan Bozkırın görüşü olub - YENİLƏNİB Volkan Bozkır BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirdi və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib
Daxili siyasət
175
9 Aprel , 2021 14:58
 Ceyhun Bayramovla Volkan Bozkırın görüşü olub - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Volkan Bozkır arasında görüş baş tutub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyasına uğurla sədrlik etməsi münasibətilə Volkan Bozkırı təbrik etdi. Pandemiyaya rəğmən sədrliyin çox fəal şəkildə həyata keçirildiyi qeyd olunub və bu xüsusda, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə BA sədrliyinin dəstəyi məmnunluqla vurğulanıb.

Volkan Bozkır BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirdi və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib. Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə etdi. BA sədri Azərbaycam Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının son dərəcə önəmli toplantı olduğunu söyləyib.

Nazir Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların imzalanması ilə yaranan yeni reallıqlar, işğal faktorunun aradan qaldırılması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.

Tərəflər, həmçinin Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

12.27

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır arasında geniş tərkibli görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə XİN-in “Twitter” hesabında bildirilib.

Son xəbərlər

Orphus sistemi