Ceyhun Bayramov: "Azərbaycan xalqı çox qürurlu, böyük bir xalq olduğunu qələbəsi ilə göstərdi"

Ceyhun Bayramov: "Azərbaycan xalqı çox qürurlu, böyük bir xalq olduğunu qələbəsi ilə göstərdi" "Biz hər birimiz tarixi günləri yaşayırıq.
Daxili siyasət
4 Noyabr , 2021 15:44
Ceyhun Bayramov: Azərbaycan xalqı çox qürurlu, böyük bir xalq olduğunu qələbəsi ilə göstərdi
Ceyhun Bayramov

"Biz hər birimiz tarixi günləri yaşayırıq. Bir neçə gündən sonra ölkəmizin müstəqillik tarixində ən böyük çağırış, ən böyük problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini, ərazi bütövlüyümüzün bərpasını, böyük zəfərimizi qeyd edəcəyik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı çox qürurlu, böyük bir xalq olduğunu qələbə ilə göstərdi: "Azərbaycan dövləti 30 ilə yaxın buna dözdü. Azərbaycan bu müddətdə əlindən gələni etdi ki, münaqişə diplomatik yolla həll edilsin. Azərbaycan heç vaxt danışıqlar prosesindən çəkinməyib. Biz danışıqlar prosesinə yox deməmişik. Bu, müharibədən öncə də belə olub. Azərbaycan beynəlxalq ictimaiyyətin bütün çağırışlarına cavab verib. Müharibədən sonra da danışıqlara açıq olduğumuzu bəyan etmişik. Azərbaycanın mövqeyi ədalətli olub. Biz beynəlxalq hüququn, tarixi ədalətin bərpasını tələb etmişik".

"Qarşı tərəf bu siyasi prosesin ləng getməsi, bunun süni şəkildə uzadılması müstəvisindən xalqımıza, dövlətimizə qarşı təcavüz, hərbi təxribatlar yolunu seçib. Azərbaycanın səbr kasası daşdı. Azərbaycan ölkəmizin konstitusiyasına və BMT-nin nizamnaməsinə tam uyğun formada, beynəlxalq hüququn bütün normaları gözlənilməklə əks-hücüm əməliyyatlarına başladı. 44 günlük Vətən müharibəsi və imzalanmış bəyanatlar əsasında torpaqlarımız azad edilib. Azərbaycan beynəlxalq sərhədlərini bərpa etdi, Ermənistan-Azərbaycan arasında olan 398,7 km sərhədlərini bərpa etdi, İran Azərbaycan arasında olan 130 km-dan artıq dövlət sərhədi bərpa edildi".

Son xəbərlər

Orphus sistemi