“Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masa keçirilib

“Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masa keçirilib Bu gün Bakıdakı Topçubaşov Mərkəzində “Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masa keçirilib.
Daxili siyasət
7 İyun , 2023 17:27
“Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masa keçirilib

Bu gün Bakıdakı Topçubaşov Mərkəzində “Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masa keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, Mərkəzin direktor müavini Murad Muradov, Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri Məmmədrza Heyət, Caliber.az saytının baş redaktorunun müavini və ingilis dili departamentinin rəhbəri Orxan Cəlilov, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov və media nümayəndələri iştirak ediblər.

Dəyirmi masada çıxış edən Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri Məmmədrza Heyət bildirib ki, Cənubi Azərbaycan məsələsi Azərbaycan üçün parçalanmış bir Vətən, Türkiyə üçün isə soydaşlıq məsələsidir:

“Dilə gətirilib-gətirilməsə də Cənubi Azərbaycan məsələsi Azərbaycan üçün qırmızı xəttdir”.

Onun sözlərinə görə, Türkiyədə Cənubi Azərbaycan məsələsinə baxış tamam fərqlidir:

“Türkiyə dövlətinin baxışı İran sərhədinin mümkün qədər sakit qalmasıdır. Çünki Türkiyə yeni köç dalğasına hazır deyil. Bu dəqiqə Türkiyə üçün ən uyğunu İranda hər hansı bir qarışığın olmamasıdır. Ancaq onu da qeyd edim ki, Türkiyənin beyninin bir küncündə Cənubi Azərbaycan məsələsi var”.

İnstitut rəhbəri bildirib ki, hazırda şərtlər tamamilə dəyişib və bizim xeyrimizədir: “Çünki bu gün İran dünyadan təcrid olunub, xaricdə və daxildə tamamilə nüfuzunu itirib”.

O qeyd edib ki, İsrail açıq şəkildə, ABŞ dolayı yolla İranla mübarizə aparır:

“Türkiyə İraqda, Suriyada İranla problemlər yaşayıb. Bu gün Azərbaycanla İran arasında ciddi problemlər var. Lakin burada qorxan tərəf İrandır. İran rejimi yıxılır. İranda demokratiya olsaydı, azərbaycanlıların muxtariyyəti olardı”.

M.Heyət Urmiya gölünün quruması ilə bağlı məsələyə də toxunub:

“Hesab edirəm ki, Urmiya gölünün qurumasının təbii və siyasi səbəbləri var. Belə gedərsə, gələcəkdə gölün ətrafındakı bölgələr yaşamaq üçün əlverişli olmayacaq”.

Daha sonra isə toplantıda Azərbaycan-Türkiyə münasibətlərində Güney Azərbaycan məsələsi, Güney Azərbaycanda ana dili və Urmiya gölünün quruması problemləri, həmçinin, bu problemlərin regional və beynəlxalq müstəvidə işıqlandırılması məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi