Cənub bölgəsində Heydər Əliyevin anım günü qeyd olunub

Cənub bölgəsində Heydər Əliyevin anım günü qeyd olunub Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar cənub rayonlarında ümumrayon tədbirləri keçirilib.
Daxili siyasət
12 Dekabr , 2023 16:35
Cənub bölgəsində Heydər Əliyevin anım günü qeyd olunub

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar cənub rayonlarında ümumrayon tədbirləri keçirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, sevgi və ehtiramlarını ifadə ediblər.

Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin adını daşıyan muzey ziyarət olunub, Ulu Öndərin büstünün önünə gül dəstələri düzülüb. Anım günü ilə bağlı Lənkəran Dövlət Dram Teatrında Ulu Öndərin xatirəsinə həsr olunan Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-tamaşası nümayiş olunub.

Masallıda və Lerikdə keçirilən anım mərasimində də Rayon İcra Hakimiyyətinin başçıları, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər güllər və qərənfil dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, ruhuna dualar oxuyublar.

Son xəbərlər

Orphus sistemi