Cənub bölgəsi vəkillərinin iştirakı ilə regional müşavirə keçirilib

Cənub bölgəsi vəkillərinin iştirakı ilə regional müşavirə keçirilib Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanda vəkilliyin inkişaf etdirilməsi və müasirləşdirilməsi sahəsində aparılan islahatlar çərçivəsində Vəkillər Kollegiyasının sədrinin başçılığı ilə nümayəndə heyəti aprel ayının 7-də cənub zonasına səfər edib.
Daxili siyasət
245
8 Aprel , 2018 05:20
Cənub bölgəsi vəkillərinin iştirakı ilə regional müşavirə keçirilib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanda vəkilliyin inkişaf etdirilməsi və müasirləşdirilməsi sahəsində aparılan islahatlar çərçivəsində Vəkillər Kollegiyasının sədrinin başçılığı ilə nümayəndə heyəti aprel ayının 7-də cənub zonasına səfər edib.

“Report” xəbər verir ki, Lənkəran Şəhər Məhkəməsinin inzibati binasında region vəkillərinin iştirakı ilə geniştərkibli müşavirə keçirilib.

Tədbir zamanı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı, Sərəncamın Azərbaycanda vəkillik institutu üçün önəmi, bununla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat verilib.

İşgüzar şəraitdə keçirilən müşavirədə Vəkillər Kollegiyasının rəhbərliyi regionda fəaliyyət göstərən vəkillərin problemləri ilə maraqlanıb, fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən vəkillər Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamını və Sərəncam çərçivəsində görülən işləri çox yüksək qiymətləndirmiş, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi məqsədilə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli formada həyata keçirilməsinin vacibliyini, habelə vəkillərin peşə etikası məsələlərinə bundan sonra xüsusi həssaslıqla yanaşılacağını qeyd ediblər.

Səfər çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Masallı, Lənkəran və Cəlilabadda fəaliyyət göstərən vəkil qurumlarına səfər etməklə onların işi ilə tanış olublar.

Hüquq məsləhətxanalarının maddi-texniki vəziyyəti ilə tanışlıqdan sonra vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsinə toxunulub, bununla bağlı müəyyən tapşırıqlar verilib, 22 fevral tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilib.

Qeyd olunamalıdır ki, Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən yaxın vaxtlarda oxşar səfərlərin digər bölgələrə də ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi