Yuxarı

​Cəmil Ünal Arif Hacılı və Qubad İbadoğlu arasında seçim edib

O, partiyanın qurultayını və Məclisə keçirilən seçkilərin demokatik olduğunu bildirib

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Müsavat Partiyasının başqanı Arif Hacılıya təbrik məktubu göndərib. Bu barədə "Report"a partiyadan məlumat verilib.

Təbrik Müsavat Partiyasının VIII Qurultayı və Qurultaydan sonra partiya strukturlarının formalaşması münasibətilə olub. C.Ünal və dərnəyin məclis sədri Tuncer Kirhan partiyanın qurultayını və Məclisə keçirilən seçkilərin demokatik olduğunu bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub.

Arif Hacılı başqanlığını legitim saymayan bir neçə gənc seçkilərin yenidən keçirilməsini tələb edib. Onlar tələblərinin yerinə yetirilməməsi səbəbindən partiyadan istefa veriblər. Hazırda Qubad İbadoğlu, Tural Abbaslı və onların tərəfdarlarının Müsavat Partiyasında fraksiya yaratmaları barədə müzakirələr gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi