Cəlilabadda "Xocalı dəhşətləri" adlı tədbir keçirilib

Cəlilabadda "Xocalı dəhşətləri" adlı tədbir keçirilib Cəlilabad rayonunda "Xocalı dəhşətləri" adlı tədbir keçirilib.
Daxili siyasət
24 Fevral , 2023 18:37
Cəlilabadda Xocalı dəhşətləri adlı tədbir keçirilib

Cəlilabad rayonunda "Xocalı dəhşətləri" adlı tədbir keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbir Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi, 3 və 4 saylı şəhər klublarının, mədəniyyət mərkəzinin, qalereyanın əməkdaşları iştirak edib.

Əvvəlcə soqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının acı həqiqətlərindən söhbət açıblar.

Yekunda mərkəzin foyesində təşkil olunmuş Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi