Cəlilabad və Biləsuvarda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Cəlilabad və Biləsuvarda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib - FOTO Biləsuvar. 9 noyabr. REPORT.AZ/ Cəlilabad və Biləsuvar rayonlarında Dövlət Bayrağı gününə həsr olunmuş tədbirlər keçirilib.
Daxili siyasət
9 Noyabr , 2018 16:15
Cəlilabad və Biləsuvarda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Report

Biləsuvar. 9 noyabr. REPORT.AZ/ Cəlilabad və Biləsuvar rayonlarında Dövlət Bayrağı gününə həsr olunmuş tədbirlər keçirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunda Dövlət Bayrağı Günü münasibətilə veloyürüş baş tutub. 

Belə ki, Heydər Əliyev Seyrəngahının qarşısından başlayan veloyürüş iştirakçıları şəhərin Heydər Əliyev prospektindən keçərək “Finiş” nöqtəsi olan Bayraq meydanına çatıblar.

Veloyürüşdən sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək bildirib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir: "Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb və bir dəfə yüksələn bayraq bir daha enməyəcək".

Bayram tədbiri “Mənim ulu bayrağım” adlı bədii kompozisiya, musiqi və rəqs kollektivlərinin konsert proqramı ilə davam edib.

Bundan başqa, Biləsuvar rayonunda da Dövlət Bayrağı günü qeyd edilib. Bu münasibətlə Biləsuvar rayon Bayraq Muzeyində tədbir təşkil edilib. 

Tədbirdə Biləsuvar RİH-in başçısı Mahir Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir: "Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu dövlət bayrağı elan edib.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Daha sonra tədbir rayonun Uşaq İncəsənət məktəblərinin şagirdləri tərəfindən hazırlanmış kompozisiyaların nümayiş olunması ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi