​Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub

​Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib
Daxili siyasət
4 Sentyabr , 2015 09:52
​Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub

Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. Bu barədə “Report”un sorğusuna cavab olaraq RİH-dən bildirilib.

Məlumata görə, Vidadi Dövlətov RİH başçısının birinci müavini vəzifəsinə təyin edilib.

V.Dövlətov bu təyinata qədər Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

“Hazırda Təhsil Şöbəsinin müdiri vəzifəsi vakantdır”, - RİH-dən bildirilib.

Qeyd edək ki, RİH başçısının birinci müavini Asif Əzizov ötən ay vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi