Cəbrayılda yeni məktəb binası tikiləcək

Cəbrayılda yeni məktəb binası tikiləcək Prezident İlham Əliyev "Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Daxili siyasət
196
4 Oktyabr , 2021 14:27
Cəbrayılda yeni məktəb binası tikiləcək

Prezident İlham Əliyev "Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sərəncamla Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi