Cəbrayılda Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası olub

Cəbrayılda Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası olub İşğaldan azad olunmuş Cəbrayıl rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Daxili siyasət
746
12 Dekabr , 2020 16:12
Cəbrayılda Heydər Əliyevin anım günü ilə bağlı ağacəkmə aksiyası olub

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən polis şöbəsinin inzibati binasının qaşısında, möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı ucaltdığı dövlət bayrağının ətrafında və rayonun girişində ümumilikdə 100-dən artıq ağac əkilib.

Son xəbərlər

Orphus sistemi