Cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısı keçirilib

Cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısı keçirilib “Ermənistan ordusu darmadağın edilib”
Daxili siyasət
6 Aprel , 2016 12:02
Cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısı keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısını keçirib.

“Report”un xəbərinə görə, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək bildirib ki, Azərbaycan ordusu ermənilər üzərində qələbə çalıb. O bildirib ki, ordu çox güclüdür: “Biz son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərdə qələbə çalmışıq. Ermənistan ordusu darmadağın edilib. Biz onlardan fərqli olaraq dinc sakinlərə atəş açmırıq. Ermənilər elə bilirdi ki, Azərbaycan ordusu zəifdir, ordumuz da öz gücünü, nəyə qadir olduğunu göstərdi. Bununla da Azərbaycan məğlubluq sindromunu qırdı”.

Sonra QHT nümayəndələri çıxış ediblər. Onlar çıxışlarında Azərbaycan ordusu ilə qürur duyduqlarını ifadə ediblər. Bildirilib ki, Azərbaycan güclü ordusu ilə tezliklə Ermənistan üzərində qələbə çalacaq, öz torpaqlarını işğaldan azad edəcək.

Son xəbərlər

Orphus sistemi