Yuxarı

Cəbhə xəttində baş verən hadisələrlə bağlı Lənkəranda ümumrayon toplantısı keçirilib - FOTO

Şəhid olan Azərbaycan ordusunun hərbçiləri birdəqiqəlik sükutla yad olunub

Bakı. 4 aprel. REPORT.AZ/ Cəbhə xəttində baş verən hadisələrlə bağlı Lənkəran şəhərində ümumrayon toplantısı keçirilib. "Report"un məlumatına görə, toplantıda Lənkəran Şəhər İcra Hakimiyyətinin (RİH) başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasi partiyaların və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra başçısı Taleh Qaraşov tədbirdə çıxış edərək bildirib ki, cəbhə bölgəsinin təmas xəttində erməni hərbi birləşmələrinin təxribat əməllərinə Azərbaycan ordusu güclü zərbə ilə cavab verərək düşməni sarsıdıcı məğlubiyyətə uğradıb: "Bu uğurlu əməliyyat sayəsində işğal olunmuş torpaqların bir hissəsi, bir neçə yaşayış məskəni azad olunub, düşmənin yüzdən çox canlı qüvvəsi və hərbi texnikası məhv edilib".

Daha sonra ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun hərbçiləri birdəqiqəlik sükutla yad edilib.

Ümumrayon toplantısında çıxış edənlər son günlər cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlara görə sevinc hissi keçirdiklərini, hər an Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi