Yuxarı
    Bağlamaq

    Məzahir Pənahov: "Bütün bələdiyyələrdə 15035 lider üzv müəyyənləşib"

    Bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır

    Bakı. 24 dekabr. REPORT.AZ/ Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır, 15035 lider üzv müəyyənləşib. "Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunu ilə bağlı mətbuat konfransında deyib.

    MSK sədri bildirib ki, namizədlərin ümumi sayı da nəzərə alınsa, bələdiyyə seçkilərinə marağın böyük olduğunu demək olar: "Seçkilərdə 1 milyon 876 min 14 nəfər, yəni seçicilərin 38,93 faizi seçkilərdə iştirak edib: “Gecə saat 4:00-da artıq bütün bələdiyyələr üzrə məlumatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib".

    M. Pənahovun sözlərinə görə, seçkilərdə 8 partiya tərəfindən rəsmən namizədlər irəli sürülüb, siyasi mənsubiyyətini göstərənlər də nəzərə alınsa, seçkilərdə 30 partiyanın üzvləri iştirak edib.

    MSK sədri sosial şəbəkələrdə yayılan kadrlarla bağlı deyib ki, məsələ MSK-da araşdırılacaq. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə əsasən MSK 20 gün ərzində daxil olacaq müraciətləri araşdıracaq və yekun protokollarla seçkilərə yekun vuracaq: “Seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin də aktivliyi nəzərə alınsa, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətlərinə etimadının göstəricisidir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi