Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb 2024-cü ilin I rübündə törədilən 8.930 cinayətin 85 faizi açılıb.
Daxili siyasət
19 Aprel , 2024 17:09
Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb

Azərbaycanda 2024-cü ilin I rübündə törədilən 8.930 cinayətin 85 faizi açılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclasında bildirilib.

Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.

Son xəbərlər

Orphus sistemi