Bu il məhkəmələrə daxil olan işlərin sayı açıqlanıb

Bu il məhkəmələrə daxil olan işlərin sayı açıqlanıb Cari ildə birinci instansiya məhkəmələrinə 280 minədək iş daxil olub.
Daxili siyasət
30 dekabr 2023 07:17
Bu il məhkəmələrə daxil olan işlərin sayı açıqlanıb

Cari ildə birinci instansiya məhkəmələrinə 280 minədək iş daxil olub.

Bu barədə “Report”a Ali Məhkəmənin Mülki kollegiyasının sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bu işlərdən 200 minədək mülki iş, 22 mindən artıq cinayət işi, 40 minədək inzibati iş və 15 minədək kommersiya işi olub.

Bildirib ki, 2023-cü ildə Ali Məhkəməyə ümumilikdə 13 min 500 iş daxil olmuş, onlardan 5 min 600 mülki, 3400 cinayət işi, 3700 inzibati və 760 kommersiya işi olub.

“Qeyd edim ki, ötən illə müqayisədə daxil olan işlərin sayında ən çox 30 faiz həddində artım inzibati işlər üzrə olub. Bütün instansiya məhkəmələrinə daxil olan işlərin təqribən 70-80-%-nə mahiyyəti üzrə baxılaraq yekun nəticə verilir”.

S.Hacıyevin sözlərinə görə, birinci instansiya məhkəmələrinə daxil olan işlərdən kateqoriyasından asılı olaraq Ali Məhkəməyə təqribən 3-5% hissəsi daxil olur. Bu isə məhkəməyə müraciət edən şəxslərin məhkəmələrə olan inamının əks etdirən ciddi göstəricidir:

“Cari və ötən ilin təhlili onu göstərir ki, apellyasiya instansiya məhkəmələrinə birinci instansiya məhkəməsinə daxil olan mülki işlərin cəmi 10 faizi, Ali Məhkəməyə isə apellyasiyaya daxil olan işlərin cəmi 30 faizi daxil olur. Görünən odur ki, tərəflər əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilən mülki işlər üzrə məhkəmə aktlarının cəmi 90 faizindən, apellyasiya instansiyası məhkəmələrinin qərarlarının isə 70 faizi ilə razılaşırlar”.

Son xəbərlər

Orphus sistemi