Bu il Azərbaycanda dövlət qeydiyyatı ləğv olunan QHT-lərin sayı açıqlanıb

Bu il Azərbaycanda dövlət qeydiyyatı ləğv olunan QHT-lərin sayı açıqlanıb İndiyədək 4278 qeyri-kommersiya təşkilatı dövlət qeydiyyatına alınıb
Daxili siyasət
6 Sentyabr , 2016 14:54
Bu il Azərbaycanda dövlət qeydiyyatı ləğv olunan QHT-lərin sayı açıqlanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ İndiyə kimi Azərbaycan Ədliyyə Nazirliyində 4278 qeyri-kommersiya təşkilatı dövlət qeydiyyatına alınıb ki, onlardan 3095-i qeyri-hökumət təşkilatıdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Səbinə Salmanova bildirib.

S.Salmanova qeyd edib ki, bu ilin ötən müddəti ərzində 6 qeyri-hökumət təşkilatı (QHT) ləğv olunması barədə qərar qəbul edib: "Belə ki, həmin QHT-lərin müraciətlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyi onları dövlət reyestrindən çıxarıb".

Son xəbərlər

Orphus sistemi