Yuxarı
    Bağlamaq

    Bu il antisanitariya qaydalarını pozan 445 nəfər inzibati məsuliyyətə cəlb olunub

    DİN və ETSN birgə antisanitariya əleyhinə tədbir həyata keçirib

    Bakı. 31 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirirlər.

    Bu barədə "Report"a Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, bu ilin ötən dövrü ərzində birgə keçirilmiş tədbirlər zamanı paytaxtın Səbail, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozmuş 34 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilən cərimələr 42 850 manat təşkil edib.

    Ümumilikdə cari ilin ötən dövründə şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin tələblərini pozmuş 445 nəfər inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilən cərimələr 71 200 manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi