Bu gündən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Bu gündən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub.
Daxili siyasət
31 May , 2020 00:01
Bu gündən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub.

"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib.

Qərara əsasən, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bu məhdudiyyət 31 may 2020-ci il saat 00:00-dan aradan qaldırılıb.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, bu gündən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.

Son xəbərlər

Orphus sistemi