Gənclər və İdman Nazirliyi, "ASAN xidmət" və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Azərbaycan Könüllülük Həftəsi 2023" start götürüb.
"Report" xəbər verir ki, könüllülük həftəsi respublikanın şəhər və rayonlarını əhatə edərək 3 mindən çox könüllünü birləşdirəcək.
5-19 dekabr tarixlərini əhatə edəcək könüllülük həftəsi çərçivəsində "100 Könüllü Əməl", "Ulu Öndər hər addımımda" fotomüsabiqə, "Mədəniyyətimiz", "Heydər Əliyev mənim üçün..", "Könüllünün Günü", "Könüllü Ol" layihələrinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci ildən "Azərbaycan Könüllülük Həftəsi" layihəsi keçirilir.