Yuxarı

Azərbaycan polisi yay geyim formasına keçib

Havalar isti keçir deyə, qalın geyimlə xidmət aparmaq çətinləşib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) polis heyəti yay geyim formasına keçir. Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 6-cı taqımının baş inspektoru, polis baş leytenantı Bakir Həsənov məlumat verib. O bildirib ki, havaların isti keçməsi ilə əlaqədar olaraq polislər yay geyim formasında xidmət aparacaqlar: "Bu barədə artıq daxili əmr verilib. Geyim formasına uzunqol köynək və qalstuk daxildir. Havalar isti keçir deyə, qalın geyimlə xidmət aparmaq çətinləşib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi