BŞİH Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə razılıq verməyib

BŞİH Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə razılıq verməyib Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib.
Daxili siyasət
8 iyul 2022 07:37
BŞİH Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə razılıq verməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib.

"Report"un xəbərinə görə, aksiya təşkilatçılarına təqdim olunan cavab məktubunda BŞİH aksiyanın keçirilməsinə razılıq vermədiyini bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-dən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.

Son xəbərlər

Orphus sistemi