BŞİH-nin Kino Xidməti İdarəsi Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirib

BŞİH-nin Kino Xidməti İdarəsi Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirib Tədbir Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində baş tutub
Daxili siyasət
11 Dekabr , 2016 14:26
BŞİH-nin Kino Xidməti İdarəsi Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirib

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

İdarədən "Report"a verilən məlumata görə, tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fazil Qəzənfəroğlu, Jalə Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse-prezidenti Rasim Məmmədov və C.Naxçıvanski adına hərbi liseyin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Kamran Nəsibov çıxış edib.

Tədbirdə Heydər Əliyevin xalq və Vətən qarşısında, eləcə də, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışılıb.

Tədbirdə incəsənət ustalarından xalq artisti Ağadadaş Ağayev çıxış edib. Bakı şəhər Kino Xidməti İdarəsinin hazırladığı, ssenari müəllifi və rejissor Gültəkin Nərimanın “Xalqa bağışlanan ömür” adlı sənədli filmi nümayiş olunub.

Tədbirdə iştirakçılara Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktədin orkestrinin ifasında sözləri Həsən Kamala aid olan, Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar Elza Seyidcahanın ulu öndərə həsr olunmuş "Elegiya" əsəri ilk dəfə olaraq təqdim olunub.

Sonda Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək, ulu öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Son xəbərlər

Orphus sistemi