​Müsavat Partiyasının başqanı Brüsselə gedib

​Müsavat Partiyasının başqanı Brüsselə gedib Arif Hacılı Avropa Parlamentində “Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə iştirak edəcək
Daxili siyasət
16 İyun , 2015 08:58
​Müsavat Partiyasının başqanı Brüsselə gedib

Bakı. 16 iyun. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılı Belçika paytaxtı Brüsselə səfərə gedib. 

Partiyadan "Report"a verilən məlumatına görə, o, iyunun 16-17-də Avropa Parlamentində “Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə iştirak edəcək.

Müsavat başqanının səfər çərçivəsində Avropa Parlamentinin rəsmiləri, Avropa ölkələrinin hökümət və dövlət nümayəndələri, postsovet məkanı ölkələrinin siyasi partiya rəhbəri ilə görüşü də planlaşdırılır.

A.Hacılını partiya başqanının müavini Səxavət Soltanlı müşahidə edir. 

Son xəbərlər

Orphus sistemi