Azərbaycanda Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib

Azərbaycanda Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
23 Fevral , 2015 19:44
Azərbaycanda Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısı “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinin qeyd edilməsinə hazırlıq barədə” Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2012-ci il 5 dekabr tarixli Qərarında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tövsiyəyə uyğun olaraq qərara alıb ki, “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilsin.

Bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2015-ci il Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.

Son xəbərlər

Orphus sistemi