Bosniya və Herseqovinanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 14 aprel. REPORT.AZ/ Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
14 Aprel , 2018 13:38
Bosniya və Herseqovinanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 14 aprel. REPORT.AZ/ Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Serb Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz işlər ölkənizin qarşıdakı illərdə daha yüksək nailiyyətlər qazanmasına imkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək əzmində olduğumu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayır və dərin ehtiramımı ifadə edirəm”.

Son xəbərlər

Orphus sistemi