Bolqarıstan prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bolqarıstan prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib Bakının mənzərəsini seyr edən ali qonağa şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib
Daxili siyasət
13 Oktyabr , 2017 13:20
Bolqarıstan prezidenti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

"Report" xəbər verir ki, Bolqarıstan prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Prezident Rumen Radev və xanımı Desislava Radeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

Rumen Radev və xanımı Desislava Radeva eyni zamanda, Şəhidlər xiyabanını da ziyarət ediblər. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rumen Radev və xanımı Desislava Radeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Bolqarıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi