BMT Baş katibinin müavini: "Azərbaycan və BMT arasında uğurlu əməkdaşlıq əlaqələri var"

BMT Baş katibinin müavini: "Azərbaycan və BMT arasında uğurlu əməkdaşlıq əlaqələri var" BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Daxili siyasət
23 İyun , 2019 12:59
BMT Baş katibinin müavini: Azərbaycan və BMT arasında uğurlu əməkdaşlıq əlaqələri var

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin “ASAN xidmət” mərkəzi ilə tanış olub.

"Report"un məlumatına görə, ASAN Xidmət sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

Ü.Mehdiyev bildirib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, "ASAN xidmət” BMT 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

L.Zenmin ASAN könüllüləri, ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

BMT Baş katibinin müavini Azərbaycan və BMT arasında uğurlu əməkdaşlığı və Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.

BMT Baş katibinin müavini Lui Zenmin 24-26 iyunda Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə Azərbaycanda rəsmi səfərdədir. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.

Son xəbərlər

Orphus sistemi