BMqT missiyası Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılmasında hökumətə kömək etməyə hazırdır

BMqT missiyası Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılmasında hökumətə kömək etməyə hazırdır .
Daxili siyasət
111
17 Mart , 2022 11:13
BMqT missiyası Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılmasında hökumətə kömək etməyə hazırdır

"Rusiya ilə münaqişəni nəzərə alaraq, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılmasında hökumətə kömək etməyə hazırdır".

Bu barədə “Report”a BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib. 

O, BMqT-nin 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasında hökumətə kömək etdiyini xatırladıb.

Onun sözlərinə görə, təşkilat ümumilikdə 200 vətəndaşın qayıtmasına yardım göstərməlidir: “BMqT-nin dəstəyi ilə 200 nəfər Vətənə qayıtmalı idi. Dəqiqləşdirə bildik ki, onlardan 123 nəfəri Polşanın Krakov şəhərini tərk edərək Rumıniyanın Buxarest şəhərinə yollanır. Azərbaycan hökuməti onların Vətənə daşınmasını təmin edəcək. Bəzən ən həssas şəxslərin qayıtması prioritet hesab olunur, amma son nəticədə, hər kəsin evə qayıtmaq hüququ var".

O, təşkilatın münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına təcili dəstək göstərməyə hazır olduğunu vurğulayıb: "Azərbaycan vətəndaşlarının Ukraynadan qaytarılması üzrə işlər bir sıra hökumət qurumları və BMqT missiyalarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Hazırkı vəziyyət səbəbindən Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarına məhz bu yolla kömək etməyə çalışırıq... Birgə fəaliyyətin məqsədi Azərbaycan vətəndaşlarını özlərini təhlükəsizlikdə hiss edəcəkləri evlərinə ən qısa müddətdə və ən uyğun vasitə ilə qaytarmaqdır”.

Son xəbərlər

Orphus sistemi