Cibuti Milli Assambleyasının sədri: "Bizə miras qalan tolerantlığın qorunub saxlanılmasına nail olmalıyıq"

Cibuti Milli Assambleyasının sədri: "Bizə miras qalan tolerantlığın qorunub saxlanılmasına nail olmalıyıq" Səməd Seyidov: "Dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac duyulur"
Daxili siyasət
5 May , 2017 15:27
Cibuti Milli Assambleyasının sədri: Bizə miras qalan tolerantlığın qorunub saxlanılmasına nail olmalıyıq

Bakı. 5 may. REPORT.AZ/ “Bu sessiya ən vacib görüşlərdən biridir. Sivilizasiyalar arasında mədəni əlaqələrin yaranmasında siyasətçilərin və parlament üzvlərinin rolu mühümdür”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında deyib.

Onun sözlərinə görə, dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac duyulur: “Dünyada islamofobiya, insan alveri, antisemitizm kimi neqativ hallar baş verir. Bu istiqamətdə dialoq aparıb, birgə mübarizə aparmalıyıq”.

Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Huməd deyib ki, Cibuti müxtəlif mədəniyyətlərin olduğu ölkədir: “Ölkəmiz mədəni dialoqun olmasında maraqlıdır. Mədəniyyətləararası dialoqa nail olmalıyıq. Beynəlxalq görüşlərdə də bu mövzu diqqətdə saxlanılmalıdır. Bizə miras qalan tolerantlığın qorunub saxlanılmasına nail olmalıyıq". 

Son xəbərlər

Orphus sistemi