Yuxarı

​Müsavat Qadınlar Birliyi buraxıla bilər

Ellada Məmmədlinin fəaliyyəti qənaətbəxş deyildi

Bakı. 18 may. REPORT.AZ/ "Müsavatın Qadınlar Birliyinin buraxılma ehtimalı var. Bir müddət əvvəl demişdik ki, sədr Ellada Məmmədlinin fəaliyyəti qənaətbəxş deyil. Partiya üzvü olan xanımlar da buna etiraz edərək birliyin yenidən formalaşdırılmasını təklif edirdilər". Bunu "Report"a açıqlamasında Müsavat Qadınlar Birliyinin sabiq sədri Vəfa Cümşüdlü deyib.

O bildirib ki, Müsavatın Qadınlar Birliyinin buraxılaraq, yenidən formalaşdırılması ehtimalı daha böyükdür: "Birliyin ümumi yığıncağı keçirilərək sədr də seçilə bilər. Əvvəl də ümumi yığıncağın keçirilməsi gündəmdə idi. Sadəcə, bizim Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyanın Xətai rayon təşkilatında baş verən istefalarda birbaşa iştirakı olduğuna görə onun Müsavatdan çıxarılması haqda qərar verilib".

Müsavat Partiyası Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı da "Report"a açıqlamasında deyib ki, Müsavat Qadınlar Birliyi buraxılmalıdır və yenidən formalaşdırılmalıdır.

O birliyin şurasının iclasında yeni sədr seçiləcəyini də istisna etməyib.

Xatırladaq ki, Müsavat Xətai rayon təşkilatının şura iclasında Qadınlar Birliyinin sədri E.Məmmədlinin partiyadakı fəaliyyəti müzakirə edilib. O, partiya rəhbərliyinə qarşı addımlar atmaqda, Nizamnamə qaydalarını pozmaqda, Müsavatdakı istefaları təşkil etməkdə günahlandırılaraq şuranın qərarı ilə partiyadan çıxarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi