Birləşmiş Ərəb Əmirliklərində seçicilərin fəallığı qeydə alınıb

Birləşmiş Ərəb Əmirliklərində seçicilərin fəallığı qeydə alınıb Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyimizdə yaradılmış seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların, təxminən, 50 faizi səsvermə hüququndan istifadə edib.
Daxili siyasət
11 aprel 2018 11:20
Birləşmiş Ərəb Əmirliklərində seçicilərin fəallığı qeydə alınıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyimizdə yaradılmış seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların, təxminən, 50 faizi səsvermə hüququndan istifadə edib.

“Report”un xəbərinə görə, bu barədə Əbu-Dabidəki məntəqə seçki komissiyasının sədri Leyla Süleymanova məlumat verib. O deyib ki, səsvermə prosesi normal qaydada, azad və şəffaf şəkildə davam edir. Bu saatadək heç bir qanun pozuntusu və yaxud şikayət qeydə alınmayıb.

Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov qeyd edib ki, yerli vaxtla saat 12:00-dək 50 nəfər səs verib. “Seçki prosesi fəal davam edir. Azərbaycan vətəndaşları və Dubayda müvəqqəti olan seçicilərimiz sərbəst və demokratik şəkildə öz iradələrini ifadə edirlər”.

Seçki məntəqəsinə səs verməyə gələn Əbülfəz Qafarov isə bildirib ki, səsvermə prosesi çox rahat və şəffaf keçir. İnsanlar seçki məntəqəsinə gələrək sərbəst şəkildə öz vətəndaşlıq borcunu yerinə yetirir: “Mən sərgidə iştirak məqsədilə hazırda Dubay şəhərindəyəm. Prezident seçkilərinin vaxtını bildiyimdən seçkilərdə iştirak etmək üçün qeydiyyatdan çıxma vəsiqəsi almışam”.

Son xəbərlər

Orphus sistemi