Yuxarı

​Hüquq müdafiəçiləri baş prokurorun birinci müavini ilə görüşəcəklər

Rüstəm Usubovla görüşdə Natiq Cəfərlinin həbsi ilə bağlı məsələ müzakirə ediləcək

Bakı. 16 avqust. REPORT.AZ/ İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri Respublikaçı Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsi ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşəcəklər.

Bu barədə "Report"a İşçi Qrupda təmsil olunan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib.

O bildirib ki, R.Usubova görüş üçün müraciət edilib: "Müraciətimizə müsbət cavab verilib. Rüstəm Usubovla görüşdə Natiq Cəfərlinin həbsi ilə bağlı məsələni müzakirə edəcəyik".

N.Cəfəroğlu deyib ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunda təmsil olunan Qeyri-Hökumət Təşkilatının nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək, iclasda son həbslərlə bağlı müzakirələr aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi