Bir sıra hökumət başçıları Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib

Bir sıra hökumət başçıları Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Gürcüstanın, Rusiya Federasiyasının, Macarıstanın Baş nazirləri, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, həmçinin Belarus Respublikasının, Özbək
Daxili siyasət
27 May , 2022 16:17
Bir sıra hökumət başçıları Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib
Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Gürcüstanın, Rusiya Federasiyasının, Macarıstanın Baş nazirləri, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, həmçinin Belarus Respublikasının, Özbəkistan Respublikasının, Qırğız Respublikasının, Serbiya Respublikasının, Polşa Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının, Litva Respublikasının, Rumıniyanın, Myanma İttifaqı Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, təbrik məktublarında Azərbaycan ilə adıçəkilən ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi