Yuxarı

​Bir neçə partiya MSK-dakı nümayəndəsini müəyyənləşdirib

MSK üzvlərinin təsdiq edilməsi Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisində təmsil olunan bir neçə partiya Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsini müəyyənləşdirib.

"Report"un xəbərinə görə, Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) və Vəhdət Partiyası birgə İlkin Şahbazovun namizədliyini irəli sürüblər. İ.Şahbazov Sosial Rifah Partiyasının üzvüdür.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da MSK-dakı nümayəndəsini müəyyən edib. VHP-ni hazırda MSK üzvü olan Almas Qəhrəmanlı təmsil edəcək.

Böyük Quruluş Partiyası (BQP) və Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) isə Bəxşeyiş Əsgərovun namizədliyini irəli sürüblər.

Qeyd edək ki, Milli Məclis siyasi partiyalara MSK təmsil olunacaq üzvlərinin müəyyənləşdirilməsi üçün müraciət edib.

Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.

MSK-nın 2010-cu ildə formalaşan tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi