Binəqədi ikinci seçki dairəsində bələdiyyə seçkilərinə səsvermə başlayıb

Binəqədi ikinci seçki dairəsində bələdiyyə seçkilərinə səsvermə başlayıb Bələdiyyə seçkiləri ilə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsinin 8 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.
Daxili siyasət
23 Dekabr , 2019 08:19
Binəqədi ikinci seçki dairəsində bələdiyyə seçkilərinə səsvermə başlayıb

Bələdiyyə seçkiləri ilə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsinin 8 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb.

“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1299 nəfərin adı var.

9 saylı Binəqədi ikinci seçki dairəsində namizədlərin sayı 56-dır.

Bu məntəqədə qeydiyyatdan çıxan olmayıb. Seçki prosesini yerli müşahidəçilər izləyir.

Xatırladaq ki, məntəqə H. Cəbrayılov adına 99 saylı tam orta məktəbin binasında yerləşir.

Son xəbərlər

Orphus sistemi