Biləsuvarda şəhid hərbi qulluqçuların ailələri ziyarət olunub

Biləsuvarda şəhid hərbi qulluqçuların ailələri ziyarət olunub Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.
Daxili siyasət
20 Mart , 2023 01:15
Biləsuvarda şəhid hərbi qulluqçuların ailələri ziyarət olunub

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.

"Report"un Muğan bürosunun məlumatına görə, polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Gətirdikləri bayram sovqatını təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi