Biləsuvarda Heydər Əliyevin xatirəsi anılıb

Biləsuvarda Heydər Əliyevin xatirəsi anılıb Biləsuvar. 12 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Daxili siyasət
12 Dekabr , 2018 15:19
Biləsuvarda Heydər Əliyevin xatirəsi anılıb

Biləsuvar. 12 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonda Heydər Əliyev Parkında ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü qeyd olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların kollektivləri, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edənlər ulu öndərə olan məhəbbətlərini ifadə edib, dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Son xəbərlər

Orphus sistemi