Biləsuvarda Gənclər günü münasibəti ilə ümumrayon toplantısı keçirilib

Biləsuvarda Gənclər günü münasibəti ilə ümumrayon toplantısı keçirilib Biləsuvar. 31 yanvar. REPORT.AZ/ Biləsuvar rayonunda 2 Fevral Gənclər günü münasibəti ilə ümumrayon toplantısı keçirilib.
Daxili siyasət
31 Yanvar , 2019 21:52
Biləsuvarda Gənclər günü münasibəti ilə ümumrayon toplantısı keçirilib

Biləsuvar. 31 yanvar. REPORT.AZ/ Biləsuvar rayonunda 2 Fevral Gənclər günü münasibəti ilə ümumrayon toplantısı keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, Gənclər Evində baş tutan tədbirdə rayon icra hakiminin birinci müavini Xanlar Məmmədov, hüquq-mühafizə orqanları, idarə və müəssisə nümayəndələri, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər, eləcə də, rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabitlər iştirak edib.

Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bayram münasibətilə gəncləri təbrik edib:

"2 Fevral tarixi 23 ildir respublikamızda Gənclər günü kimi qeyd edilir. Tarixi ümumilli lider Heydər Əliyevin Azərbaycan gəncləri ilə görüşündən – Gənclərin I Forumundan başlayan bu gün ölkəmizdə gənclərə göstərilən diqqətin əyani sübutudur. 100 mindən artıq rayon əhalisinin 28 min nəfərini təşkil edən gənclərimiz, ötən 2018-ci ili uğurla başa vurub".

İcra başçısının müavini Xanlar Məmmədov da öz çıxışında gəncləri təbrik edərək, öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını qeyd edib.

Daha sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanan gənclər fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.

Tədbir musiqili proqramla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi