Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Daxili siyasət
6 Sentyabr , 2016 18:25
Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənəddə deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Biləsuvar rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 25 mindən çox yeni iş yeri açılmış, Biləsuvar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, qırx min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 43 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sənədə əsasən, Biləsuvarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara lıb ki, Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi